Türkiyə Almaniyaya nota verib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Almaniyaya nota verib

11:07 - 27 / 09 / 2016
Türkiyə Almaniyaya nota verib

Türkiyə növbəti dəfə Almaniyadan Fetullah Gülen tərəfindən idarə olunan FETÖ terrorçu cərəyanının iki mənsubunun verilməsini tələb edib.

1news.az-ın Anadolu-ya istinadən verdiyi məlumatına əsasən, Almaniya hökümətinə Frayburq şəhərində təsbit edilən qaçaq prokurorlar Zekeriyya Öz və Celal Karanın qaytarılması ilə bağlı ikinci not təqdi olunub.

Notada terroçuların yerinin təsbit edilməsi və onların Ankaraya ötürlməsi çağırışı var.

Qeyd edək ki, ilk notaya cavab olaraq rəsmi Berlin bu şəxslərin Almaniyada olmasına dair heç bir faktın olmadığını bildirmib.

İkinci notaya hələ cavab verilməyib.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər