Rusiya Belarusdan meyvə və giləmeyvə reeksportuna qadağa qoydu | 1news.az | Xəbərlər
Dünya

Rusiya Belarusdan meyvə və giləmeyvə reeksportuna qadağa qoydu

14:00 - 28 / 09 / 2016
Rusiya Belarusdan meyvə və giləmeyvə reeksportuna qadağa qoydu

Rusiya sentyabrın 28-dən ölkəyə Mərkəzi Afrika Respublikasından şaftalı, nektarin və üzümə, Burkina-Fasodan isə ərik, çiyələk və armudun Belarusd vasitəsi ilə reeksportuna lazım olan fitosanitar sertifikatların verilməsini dayandırır.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumatına əsasən, buna səbəb son dönəmdə karantin altına düşən produksiyanın idxalının çoxalmasıdır.

Bu meyvələr və giləmeyvələr mürəkkəb logistik yollar ilə Aİ və Belarus ərazisindən gətirilirdi.

Lakin bu ölkələrin ərazisində bu növ meyvə və giləmeyvələrin sənaye istehsalı və reeksportunun olmadığı aşkarlanıb.

Rusiyaya sanksiyalar altına düşən bu cür produksiyanın idxalının qarşısını almaq üçün belə bir qərar alınıb.

1news.az

Paylaş:
2707

Son xəbərlər

Bütün xəbərlər