“Könüllülük Festivalı” layihəsi başladı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Könüllülük Festivalı” layihəsi başladı – FOTO

17:50 - 28 / 09 / 2016
“Könüllülük Festivalı” layihəsi başladı – FOTO

“İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə sentyabrın 28-də Oğuz rayonunda “SAY: Volunteerinq Festival” (Könüllülük festivalı) layihəsinə start verib.

Təşkilatdan 1news.az-a verilən xəbərə görə, Azərbaycanda 2017-ci ildə həyata keçiriləcək IV İslam Həmrəylik Oyunları komitəsi layihə tərəfdaşıdır.

Layihənin məqsədi bu zaman çərçivəsində artıq könüllülük təcrübəsi olan gənclərin bilik və bacarıqlarının daha da artırılmasıdır. Məhz bu səbəb həyata keçirilən layihədə gənclər üçün komanda quruculuğu, özünü təqdim etmə bacarıqları, tədbirlərin təşkili və bir çox mövzular üzrə xüsusi təlimlər keçiriləcəkdir.

Könüllük festivalı zamanı gənclər bir çox mədəni əyləncəli proqramda iştirak edəcəkdir. Azərbaycan Səmti müəyyən etmə federasiyası, Azərbaycan Atıcılıq Federasiyası, Azərbaycan Hava və Ekstrimal İdman növləri federasiyası Fairex klubu tərəfindən gənclər üçün bir sıra təlim məşq tədbirləri həyata keçiriləcəkdir. Gənclər üçün konüllülük simuliyasiya oyunları, intellektual yarışlar keçiriləcəkdir. Layihə zamanı xüsusi ekspertlərlə görüşlərin keçirilməsi planlaşdırılır.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək respublikamızda geniş vüsət alan könüllülük hərəkatının əhəmiyyətindən danışıb, layihə iştirakçılarına uğurlar arzulayıblar.

100-dən artıq gəncin birləşdiyi bir neçə gün ərzində Oğuz rayonunda baş tutacaq layihə zamanı “Xarı bülbül”, “Kəpəz”, “Buta”, “Muğam”, “Nar”, “Alov”, “Qobustan”, “Xəzri” komandaları olaraq bal hesabı iləyarışacaqlar. Sonda qalib komanda xüsusi təltifləndiriləcəkdir.

1news.az

Paylaş:
454

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23
Bütün xəbərlər