Ərdoğanın Twitter-dəki paylaşımları 160 milyon dəfə görüntülənib | 1news.az | Xəbərlər
Dünya

Ərdoğanın Twitter-dəki paylaşımları 160 milyon dəfə görüntülənib

20:50 - 28 / 09 / 2016
Ərdoğanın Twitter-dəki paylaşımları 160 milyon dəfə görüntülənib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Twitter hesabından son 3 ay ərzində etdiyi paylaşımlar 160 milyon dəfə görüntülənib, 2 milyon 700 min istifadəçi tərəfindən bəyənilib.

1news.az-ın TRT haber-ə istinadla verdiyi xəbərə görə, Türkiyə prezidentinin twitlərini 1 milyon istifadəçi öz hesablarından paylaşıb, 217 min istifadəçi isə şərh yazıb.

Ərdoğanın ən çox paylaşılan twiti isə avqustun 7-də Yenikapıda keçirilən “Demokratiya və Şəhidlər mitinqi”nə dair yazdığı “Bu gün #TəkMillətTəkÜrək deyərək nəcibliyini bütün dünyaya bir daha nümayiş etdirən millətimə təşəkkür edirəm” yazısı olub.

1news.az

Paylaş:
2376

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər