Rəsmi Moskva Ermənistanı “İsgəndər” raketləri ilə təmin etdiyini təsdiqlədi | 1news.az | Xəbərlər
Dünya

Rəsmi Moskva Ermənistanı “İsgəndər” raketləri ilə təmin etdiyini təsdiqlədi

11:36 - 28 / 09 / 2016
Rəsmi Moskva Ermənistanı “İsgəndər” raketləri ilə təmin etdiyini təsdiqlədi

Sentyabrın 21-də Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş olunan silahlar erməni silahlı qüvvələrinə məxsusdur.

Bu haqda Rusiyanın Ermənistandakı səfiri İvan Valıkin bir sıra KİV-də paradda nümayiş olunan hərbi texnikanın erməni tərəfinə məxsus olmaması ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirib:

“Şayiələr gəzir ki, paradda nümayiş olunan hərbi texnika Ermənistanın deyil, Rusiyaya məxsusdur. Bu, tamamilə belə deyil. Bununla bağlı Ermənistanın Müdafiə Nazirliyi rəsmi açıqlama verib – bütün texnika Ermənistan silahlı qüvvələrinə məxsusdur”.

Xatırladaq ki, ötən həftə İrəvanda Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətlə hərbi parad keçirilib. Paradda Ermənistanın Rusiyadan aldığı bəzi yeni silahlar, o cümlədən “İsgəndər” operativ-taktiki raket kompleksləri (OTRK) də nümayiş etdirilib.

Səfirin sözlərinə görə, Rusiya ilə Ermənistanı müttəfiqlik əlaqələri birləşdirir :

“Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı çərçivəsində ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı müəyyən müqavilə öhdəlikləri var. Və Ermənistanın təqdim etdiyi hər bir silah tamamilə doğrudur”.

Həmçinin rusiyalı diplomat bir sıra ekspertlərin qiymətləndirməsi ilə razılaşmayıb:

“Rusiya tərəfindən təchiz edilən silahlar müdafiə xarakteri daşıyır. Deməzdim ki, təchiz edilən silahlar regionda güc balansının pozulması məqsədini daşıyır”.

Mövzu ilə əlaqədar oxuyun:       

Rasim Musabəyov: “İsgəndər”lərin Ermənistana satılması Azərbaycana qarşı hərbi-siyasi təzyiq üçün istiqamətlənmiş aksiyadır

“İsgəndər” müəmması: Rusiyanın Ermənistanı silahlandırması nəyə xidmət edir? – FOTO

Heydər Mirzə: “Ya Sarqsyan “İsgəndər” OTRK-nın xüsusiyyətləri ilə tanış deyil, ya da növbəti dəfə yalan danışır”

Aleksandr Siniçın: “Erməni tərəfi Rusiyadan bir dənə də yeni BTR və ya tank ala bilməyəcək”

1news.az

Paylaş:
1477

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər