2019-cu ildə büdcəmiz profisitli olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

2019-cu ildə büdcəmiz profisitli olacaq

15:34 - 29 / 09 / 2016
2019-cu ildə büdcəmiz profisitli olacaq

Ortamüddətli büdcə proqnozlarına əsasən 2017 və 2018-ci illərdə icmal büdcəsinin kəsri azalacaq, 2019-cu ildən etibarən isə profisitli büdcə olacaq.

1news.az-ın Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

Qanun layihələrində qeyd olunub ki, ortamüddətli büdcə proqnozlarına əsasən dövlət və icmal büdcənin neft gəlirlərindən asılılığının azaldılması siyasəti davam etdiriləcək:

Belə ki, 2017-ci il və sonrakı 3 il üçün hazırlanmış proqnozlara əsasən 2020-ci ildən başlayaraq dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi hədəflənir. Həmçinin, 2020-ci ildə ARDNF-un gəlirləri nəzərə alınmadan hesablanmış icmal büdcə kəsirinin ÜDM-in cəmi 6,9%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

1news.az

Paylaş:
474

Son xəbərlər

Bütün xəbərlər