Ərdoğan 15 iyulu Türkiyədə qeyri-iş günü elan etdi
Türkiyə iyulun 15-ni demokratiya günü olaraq qeyd edəcək, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Onun sözlərinə görə, həmin gün ölkədə qeyri-iş günü olacaq:
“Milli Təhlükəsizlk Şurasının iclasında 15 iyulu demokratiya və azadlıq günü kimi elan edilməsi təklif olunub. Bundan sonra həmin günü şəhidlərimizin anım günü olaraq hesab edəcəyik. Bu gün qeyri-iş günü olacaq”.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Dövlət çevrilişinə cəhd edənlərin qarşısı hüquq-mühafizə orqanları, eləcə də sıravi vətəndaşlar tərəfdindən alınıb. Hadisədə 246 nəfər şəhid olub, 2000-dən çox insan xəsarət alıb.
1news.az
665