Mərkəzi Bank bu günə olan valyuta məzənnəsini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank bu günə olan valyuta məzənnəsini açıqlayıb

11:22 - 29 / 09 / 2016
Mərkəzi Bank bu günə olan valyuta məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

1news.az-ın Banka istinadən verdiyi xəbərə görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 28-i ilə müqayisədə dəyişməyərək 1,6252 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,15% möhkəmlənərək 1,8250 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sentyabrın 28-i ilə  müqayisədə 1,18% möhkəmlənərək 0,0258 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,16% ucuzlaşaraq 0,5451 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1158 manatdır. Beləliklə, funt sterlinq 0,12%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,22% ucuzlaşaraq 0,6930 manat təşkil edib.

1news.az

 

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər