Məşhur güləşçimiz «İŞİD»in tərkibində öldürülüb
Dağıstan güləşçisi, Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.
1news.az Rusiya mətbuatına (www.kavkaz-uzel.eu) istinadən xəbər verir ki, Çamsulvara Çamsulvarayevin İŞİD sıralarında döyüşdüyü bildirilib.
Bildirilib ki, İraqa getdikdən sonra özünə “Al Bara” adını götürən sabiq güləşçi Mosul şəhərində öldürülüb.
Çamsulvarayevin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.
Məlumatda o da deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.
Qeyd edək ki, Ç. Çamsulvarayev Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısı olub.
1news.az
1261