Gürcü millətçiləri Tiflisdə türk restoranlarını necə dağıdırdılar – VİDEO
Bu həftə bir çox hadisələrlə yadımızda qaldı.
1news.az-ın verdiyi məlumatına əsasən, onların aasında mənfi təsir bağışlayan Tiflisdə “Kartuli dzala” (“Gürcü gücü”) millətçi təşkilatının fəalları tərəfindən Aqmaşenebeli prospektində yerləşən türk restoranlarının və dükanlarının dağıdılması olub.
Fəallar yoldan keçənləri təhqir edirdilər, ticarət məntəqələrinə fayerlər atır və dükanların önündə asılmış lövhələri yararsız hala gətirirdilər.
Onlar “Yaşasın millət – düşmənə ölüm” qışqıraraq türk restoranlarına şığıyırdılar.
Fəallar həmçinin “Gürcüstan gürcülər üçün” lozunqunu təkrarlayaraq türk dilində yazılmış bir neçə reklam banerini də dağıdıblar.
Qeyd edək ki, millətçilərin yürüşü Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Qəhrəmanlar memorialından başlayıb.
Sentyabrın 27- burada matəm tədbirləri keçirilib. 1993-çü ilin məhz bu günündə Gürcüstanın Suxumi şəhəri işğal olunub və ölkədə bu tarixi Yaddaş və ümid günü kimi qeyd edirlər.
Bir sıra telekanal polis tərəfindən fəalların saxlanılma anını yayımlayıb.
Türkiyəli iş adamlarının bu tarixə nə aidiyyatı olduğu sual altında qalır.
Öz növbəsində Türkiyənin “Yeniçağ” qəzeti bu hadisələrlə bağlı “Gürcüstanda türklərə hücum” adlı məqalə dərc edib.
Haberasi nəşri isə “Gürcüstanda türkiyəli iş adamlarına irqçi hücum” adlı məqalə yazıb.
Qeyd edək ki, bu Gürcüstanda əcnəbi obyektlərə ilk hücum deyil.
2013-cü ildə gürcü millətçiləri aksiya keçirərək türkiyəlilərə və iranlılara aid restoranların bağlanmasını tələb ediblər.
Həmin aksiyada da kütlə “Gürcüstan gürcülər üçün” lozunqunu səsləndirib.
Gürcüstan parlamentinin deputatı, “Vahid milli hərəkat” partiyasının təmsilçisi David Darçiaşvilinin sözlərinə görə bu hadisələrin arxasında, bəzi gürcülərin anlamsızlığına söykənən, Rusiyanın xüsusi xidmətləri durur.
“Hər bir cəmiyyətdə ağılsızların olduğunu istisna etmək olmaz. Mən əminəm ki, belə addımların arxasında Rusiyanın xüsusi xidmətləri durur. Onlar, Gürcüstana, Tiflis üçün münasibətləri vacib olan, ölkələrlə problemlər yaratmaq istəyirlər”, - deyə Darçiaşvili əlavə edib.
Onun sözlərinə görə, Gürcüstan üçün vacib olan məsuliyyəti hökümətin formalaşdırılmasıdır.
“Hazırki hökümət heç nəyə, əsasən də ölkənin təhlükəsizliyi üçün lazım olana, qadir deyil. 2012-ci ildən Gürcüstanda xristianlar və müsəlmanlar arasında münaqişə salmaq cəhdləri müşahidə olunur. Bunlar hamısı ölkəni daxildən parçalamağa yönəlib”, - deyə deputat qeyd edib.
Xatırladaq ki, əvvəllər də Gürcüstanda milli zəmin üzərində insidentlər yaşanıb.
2014-cü ildə Kobuleti şəhərində xristian gürcülər polisin müşayiəti ilə orada yerləşən mədrəsəni təhqir ediblər. Onlar mədrəsənin önündə donuz kəsərək, heyvanın başını qapıya mismarlayıb və müsəlmanları mədrəsə qoymayıblar.
2014-cü ildə Gürcüstanın “Çixura” və Bakının “Neftçi” klublarının qarşılaşmasında növbəti provokasiya yaşanmışdı.
İnsidentə səbəb gürcü azarkeşlərin bəzi Azərbaycan rayonlarının Gürcüstanın ərazisi kimi əks etdirən ölkələrinin xəritəsinin nümayiş etdirilməsi olub.
Yeri gəlmişkən, Gürcüstana turist qismində ən çox məhz Türkiyə və Azərbaycan vətəndaşları səyahət edir. Təkcə 2015-ci ildə Gürcüstana 1,4 milyon türkiyəli və 1,3 milyon azərbaycanlı səfər edib.
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan sosial-demokrat partiyasının rəhbəri Araz Əlizadənin dediklərinə görə hər hansı bir millətçilik, istər gürcü, istər erməni millətçiliyi – faşizmin təzahürüdür.
Lakin deputat bu addımların Gürcüstanda millətşiliyin artmasına gətirib çıxaracağına inanmır.
“Onlar artıq bir dəfər bu xəstəliyə tutulublar, bu uşaq xəstəliyinin qalıcı simptomlarıdır”, - deyə o, əlavə edib.
A.Əlizadə Gürcüstanda yaşayan azərbaycanlılara qarşı analoji hərəkətlərinin mümkünsüz olduğunu bildirib.
Sonda deputat, bunun Gürcüstanın problemi olduğunu və Azərbaycan üçün ən vacib olanın hər bir ölkə ilə yaxşı münasibət əldə etmək olduğunu deyib.
1news.az