“Jeep” markası yenilənmiş “Compass” modelini təqdim etdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Jeep” markası yenilənmiş “Compass” modelini təqdim etdi – FOTO

10:45 - 30 / 09 / 2016
“Jeep” markası yenilənmiş “Compass” modelini təqdim etdi – FOTO

Ənənəvi olaraq keçirilən Paris Avtomobil Sərgisi bu il də bir çox yeniliklər ilə yadda qalacaq.

Demək olar ki, bütün avtomobil markalarının iştirak etdiyi və ən yeni modellərin təqdim edildiyi Paris Avtomobil Sərgisində bu il “Mercedes Benz”, “Lexus”, “Hyundai”, “Audi”, “Jeep”, “BMW”, “Dodge”, “Peugeot” kimi avtomobil markaları iştirak edəcəklər. Satışlarına 2017-ci ildə başlanılacağı gözlənilən Tam Yeni “Jeep Compass” modeli də bu il ilk dəfə olaraq Paris Avtomobil Sərgisində təqdim ediləcək. 1941-ci ildən bu günə kimi dünyada SUV mədəniyyətini formalaşdırmış “Jeep” markasının yeni “Compass modeli” C SUV seqmentinə fərqli görkəmdə qayıdır. Bu seqmentdə xüsusi çəkiyə sahib “Audi Q5”, “Hyundai Tucson”, “BMW X3” kimi modellərlə yaranacaq yeni rəqabət isə indidən böyük maraqla gözlənilir.         

Yenilənmiş “Compass” modelinin son günlərdə mətbuata sızmış fotoları ilə tanış olduqdan sonra bildirə bilərik ki, yeni model eksteryer baxımından “Grand Cherokee”nin kiçik və döyüşkən qardaşına bənzəyir. Ənənəvi yeddi hissəli radiator barmaqlığı ilə tam yenilənmiş ön işıqların birləşməsi yenilənmiş modelə aqressiv görkəm bəxş edib. Avtomobilin uzunluğu 4420 mm, eni 1820 mm, hündürlüyü isə 1620 mm-dir.

Yeni “Jeep Compass” modelinin “Trailhawk”, “Latitude”, “Sport” və “Limited” komplektasiyaları ilə təqdim ediləcəyi gözlənilir. Komplektasiyalar arasındakı fərqi isə qısaca “offroad” imkanları, interyerdəki materiallar, eksteryerdəki bəzi detallar ilə ifadə etmək olar.

Xüsusi vurğulamaq istədiyimiz komplektasiya “Trailhawk”dur. “Trailhawk” komplektasiyası “Jeep” markasının tarixi ənənələrini özündə əks etdirir.  Burada “Jeep” modellərini unikallaşdıran bir çox funksiyalar mövcuddur. Avtomobilin klirensinin hündürlüyü, differensialların bloklanması imkanı, “Select-Terrain” kimi unikal üstünlüklərə sahib modellər təbii ki, sonda öz sinfinin ən yüksək keçiriciliyə malik SUV-lərinə çevrilməyi bacarırlar.

“Jeep Compass”dan öncə bu komplektasiya ilk dəfə “Jeep Cherokee”, ardından isə B SUV seqmentinə məxsus “Jeep Renegade” modelində təqdim edilmişdi. Ən son olaraq isə “Grand Cherokee” və “Compass” modellərində də yuxarıda sadalanan “offroad” xüsusiyyətləri ilə zənginləşdirilməsi, markanın öz tarixi ənənələrini daha da möhkəmləndirəcəyindən xəbər verir.

SUV-də gözə çarpan digər özəlliklər isə ineryer ilə bağlıdır. “Jeep Compass”ın yeni 8.4 dyümlük displeyi “Grand Cherokee”nin displeyi ilə eynidir. İmkanları isə “Uconnect”in təqdim etdiyi ənənəvi funksiyalardır. Avtomobil artıq panaromik tavan ilə də təchiz edilib. Sükanın dizaynı müasirləşdirilib. Qısaca, “Jeep Compass”ı interyer baxımından “Cherokee”yə, eksteryer baxımından isə “Grand Cherokee”yə bənzətmək olar.

Yenilənmiş “Jeep Compass”ın mühərriki haqqında tam məlumat olmasa da, istehsala ənənəvi 2.4 litr həcmində olan mühərrik ilə başlanacağı gözlənlir. Bu mühərrik bundan öncə “Cherokee”, “Renegade” və bir öncəki nəsil “Compass” modellərində artıq təchiz edilmişdi. Bundan əlavə 1.4 l Turbo və 2.0 l Turbo Dizel kimi mühərrik variantları seçim olaraq təqdim ediləcəyi gözlənilir. 

Yeni “Compass” modeli yanacaq sərfiyatını aşağı endirən qənaətcil 9 pilləli transmissiyaya sahib olacaq. Kompakt SUV-lərdə isə keçiricilik və yanacaq sərfiyatı ən önəmli faktorlardandır. Bundan öncə təqdim edilmiş və Avropda çox populyar olan “Jeep Cherokee” də 2.4 l həcmində mühərrikə və 9 pilləli transmissiyaya sahib idi. Bunun sayəsində avtomobilin yanacaq sərfiyyatı cəmi 9-11 l arası dəyişirdi. Bir SUV üçün bu heç də pis nəticə deyildi.

Avtomobil haqqında daha ətraflı məlumatı Paris Avtomobil Sərgisindən sonra əldə etmək mümkün olacaq. Hələlik isə sərgi çərçivəsində rəsmi təqdimatın başlanmasını gözləyək.

 

 

Paylaş:
3370

Son xəbərlər

Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41
Bütün xəbərlər