AccessBank valideynləri uşaqların virtual asılılıqdan qorunması mövzusunda seminara dəvət edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

AccessBank valideynləri uşaqların virtual asılılıqdan qorunması mövzusunda seminara dəvət edir

11:00 - 30 / 09 / 2016
AccessBank valideynləri uşaqların virtual asılılıqdan qorunması mövzusunda seminara dəvət edir

Övladınız boş vaxtının çox hissəsini kompüterlə keçirir? Saatlarla smartfonda oyun oynayır və ya sosial şəbəkələrdə olur? Uşaqlarınızı virtual asılılıqdan qorumaq istəyirsinizsə sizi AccessBank-ın dəstəklədiyi seminarda iştirak etməyə dəvət edirik.

AccessBank-ın Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində sponsorluq etdiyi bu tədbir Community.az “məktəb icmaları” layihəsinə dəstək məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə təşkil edilir. Seminar 03 oktyabr 2016-cı il tarixində 15:00-17:00 saatlarında Ramada Hotel and Suites (ünvan,T.Əliyev küç.) otelində baş tutacaq və Almaniyanın Psixoloqlar Asossiasiyasının üzvü - ekspert Qalina Hayzelmann tərəfindən keçiriləcək. Yerlərin sayı məhdud olduğu üçün iştirak etmək istəyənlərdən xahiş olunur [email protected] elektron ünvanı və ya (+99412) 310-03-22, (+99451) 699-39-96 telefon nömrələri ilə əlaqə saxlayıb əvvəlcədən qeydiyyatdan keçsinlər.

KSM proqramı AccessBank-ın missiyasının ayrılmaz hissədidir. 2008-ci ildən etibarən Bank təhsil, idman, mədəniyyət və incəsənət sahəsində 100-dən artıq layihə həyata keçirib.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bizneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 1800-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytinqi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.

Paylaş:
844

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər