“Neftçi” qalib gəldi
Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turu çərçivəsində “Neftçi” “Kəpəz”i qəbul edib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da keçirilən qarşılaşma paytaxt klubunun hücumları ilə başlayıb.
Oyunun 14-cü dəqiqəsində Denilson Pereyra gəncəlilərin qapısından ilk topu keçirib. Katalin Tira isə oyunun sonuna əlavə olunmuş vaxtda hesab arasındakı fərqi artırıb - 2:0.
Beləliklə, “Neftçi” cari mövsümdə ikinci qələbəsini qazanaraq 6 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.
Tura sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.
1news.az
755