“Neftçi” ukraynalı məşqçi ilə müqavilə bağladı
49 yaşlı ukraynalı mütəxəssis Aleksandr Deriberin mövsümün sonuna qədər “Neftçi”ni çalışdıracaq.
1news.az klubun “Facebook”dakı rəsmi səhifəsinə istinadən xəbər verir ki, Aleksandr Deriberin 1967-ci il fevralın 25-də Maykop şəhərində anadan olub.
Futbolçu karyerası ərzində "Drujba” Maykop (1985-1989, 1992-1993), "Spartak” Anapa (1990), "Ximik” Beloreçensk (1991) və "Etalon” (1991) klublarının şərəfini qoruyub. Ukraynanın "Nafkom” (2005-2007), "Zvezda” Kirovoqrad (2010-2011) və "Desna” (2011-2012) klublarında baş məşqçi vəzifəsini yerinə yetirib.
Köməkçi məşqçi kimi isə "Niva” (2004-2005) və Ukrayna U-17 milli komandasında (2004-2006, 2008-2010) işləyib.
1news.az
754