Türkiyədə fövqəladə vəziyyət rejimi üç ay müddətinə uzadılıb
Türkiyədə fövqəladə vəziyyət rejimi daha 90 gün uzadılıb.
1news.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq qərar Nazirlər Kabinetinin prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul edilib.
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib ki, iclasın nəticələrinə görə hökumət oktyabrın 19-dan etibarən Türkiyədə fövqəladə vəziyyət rejiminin daha 90 gün uzadılmasına dair qərar qəbul edib.
1news.az
656