Milli komandaya 23 futbolçu çağırıldı
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək növbəti iki oyun üçün heyətə 23 futbolçu daxil edib.
1news.az xəbər verir ki, oktyabrın 8-də Bakıda Norveç, oktyabrın 11-də isə Ostrava şəhərində Çexiya yığması ilə qarşılaşacaq komandamızın heyəti aşağıdakı kimidir:
Qapıçılar: Kamran Ağayev (“Boavişta”, Portuqaliya), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”);
Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov (“Qəbələ”);
Yarımmüdafiəçilər: Ruslan Abışov (“İnter”), Rahid Əmirquliyev, Qara Qarayev (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Eddi İsrafilov (“Kadis”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya);
Hücumçular: Ağabala Ramazanov, Rauf Əliyev (hər ikisi “İnter”), Ruslan Qurbanov (“Qəbələ”), Namiq Ələsgərov (“Qarabağ”), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə).
1news.az