Millimiz Avstriyaya qarşı
Bu gün 19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.
1news.az-ın məlumatına görə, Litvada keçirilən seçmə mərhələdə komandamızın rəqibi Avstriya olacaq.
Qeyd edək ki, millimizin yer aldığı qrupun digər matçında Litva Bosniya və Hersoqovinanı sınağa çəkəcək.
Avropa çempionatının seçmə mərhələsi
V qrup
I tur
15:00 Avstriya - Azərbaycan
Hakimlər: Conatan Lardo (Belçika, Frederik Qodelayn (Belçika), Vitis Snarskis (Litva), Manfredas Lukyançukas (Litva)
1news.az
832