Bu il kimya üzrə Nobel mükafatı molekulyar maşınların sintezinə görə veriləcək | 1news.az | Xəbərlər
Dünya

Bu il kimya üzrə Nobel mükafatı molekulyar maşınların sintezinə görə veriləcək

16:01 - 05 / 10 / 2016
Bu il kimya üzrə Nobel mükafatı molekulyar maşınların sintezinə görə veriləcək

2016-ci ildə Nobel kimya üzrə Nobel mükafatı Jan Pyer Sovaj, Freyzer Ştoddart və Bernard Ferinqə veriləcək.

1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına əsasən, molekulyar maşınların sintezini araşdırdıqlarına görə Nobel mükafatına layiq görülən alimlərin adı bu gün açıqlanıb.

Qeyd edək ki, bu il mükafatın məbləği 8 milyon isveç kronu (təxminən 953 min ABŞ dolları) təşkil edir.

Bu il Nobel mükafatına 273 alim nominasiya edilmişdi.

Mükafatlandırma mərasimi bu ilin dekabrın 10-u keçiriləcək.

1news.az

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər