ABŞ BMT TŞ-nin Rusiya səfirliyinin atəşə tutulması barədə bəyanatını bloklayıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ BMT TŞ-nin Rusiya səfirliyinin atəşə tutulması barədə bəyanatını bloklayıb

12:58 - 05 / 10 / 2016
ABŞ BMT TŞ-nin Rusiya səfirliyinin atəşə tutulması barədə bəyanatını bloklayıb

ABŞ BMT-nin Təhlükəsizlik Şurasının Suriyanın paytaxtı Dəməşqdə  Rusiyanın səfirliyinin atəşə tutulması barədə bəyanatını bloklayıb.

1news.az-ın “İnterFAKS”-a istinadən verdiyi məlumatına əsasən, oktyabrın 3-də Rusiya səfirliyi minaatanlardan atəşə tutulub.

Səfirliyin əməkdaşlarından xəsarət alan olmayıb.

Atəş, terrorçuların əlində olan, Suriyanın paytaxtının kənarından açılıb.

Rusiya deleqasiyası BMT TŞ-nin bu barədə bəyanatının təşəbbüskarı olub, lakin ABŞ deleqasiyası tərəfindən bəyanat bloklanıb.

Rusiya tərəfi ABŞ-ın bu addımını Suriyada münaqişə çərçivəsində provokasiya kimi qiymətləndirir.

1news.az

Paylaş:
617

Son xəbərlər

Bütün xəbərlər