Azərbaycan yığmasının baş məşqçisi zorlamada ittiham olunur | 1news.az | Xəbərlər
İdman

Azərbaycan yığmasının baş məşqçisi zorlamada ittiham olunur

12:28 - 06 / 10 / 2016
Azərbaycan yığmasının baş məşqçisi zorlamada ittiham olunur

Azərbaycanın cüdo üzrə yığmasının baş məşqçisi Peter Zayzenbaxer zorlamada ittiham edilir.

1news.az-ın kurier.at-a istinadən verdiyi xəbərə görə, baş məşqçi 2013-cü ildə Vyananın idman klublarından birində çalışarkən 14 yaşa qədər iki uşağı seksual zorakılığa məruz qoyub, 16 yaşı tamam olmamış daha bir qıza qarşı da analoji addım atmaq istəyib.

Zayzenbaxerin özü məsələ ilə bağlı açıqlama vermək istəməyib. Onun vəkili isə Zayzenbaxerin susqunluğunu onun medianın gündəmində olmaq istəməməsi ilə izah edib.

Zayzenbaxerin günahı sübuta yetiriləcəyi təqdirdə onu 10 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, cüdo üzrə ikiqat olimpiya çempionu 2012-2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edib. 2015-ci ildə yenidən bu posta qayıdıb.

1news.az

Paylaş:
934

Son xəbərlər

Bütün xəbərlər