Futbolçu mərci uddu, jurnalistin başını keçəl qırxdı – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Futbolçu mərci uddu, jurnalistin başını keçəl qırxdı – VİDEO

18:36 - 07 / 10 / 2016
Futbolçu mərci uddu, jurnalistin başını keçəl qırxdı – VİDEO

Rusiya millisinin sabiq kapitanı, Qazaxıstanın “Kayrat” komandasının futbolçusu Andrey Arşavin qazaxıstanlı jurnalistin saçını qırxıb.

1news.az aznews.az-a istinadən xəbər verir ki, buna səbəb jurnalist Pavel Volikovun mərci uduzması olub.

Qeyd edək ki, sözügedən hadisə Alma-Atada ticarət mərkəzlərindən birində baş verib və canlı yayımlanıb.

Sezon öncəsi Volikov Arşavinin Qazaxıstan çempionatında 8 qol vura bilməyəcəyini iddia edib. Pavel hətta mərcə girməyi də təklif edib. Mərcə əsasən Arşavinin 8 qolu müqabilində jurnalist saçını keçəl qırxdırmalı olub.

Bu yaxınlarda 8-ci qolunu vuran Arşavin videomüraciətlə jurnalistə səslənərək onun saçını şəxsən qırxmağa hazır olduğunu bildirib.

1news.az

Paylaş:
798

Son xəbərlər

Bütün xəbərlər