Azərbaycan məscidlərində “Skype”la moizə veriləcək - YENİLİK | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan məscidlərində “Skype”la moizə veriləcək - YENİLİK

18:57 - 07 / 10 / 2016
Azərbaycan məscidlərində “Skype”la moizə veriləcək - YENİLİK

Azərbaycanda məscidlərdə xütbələrin və moizələrin on-line dinlənilməsi üçün veb-kameralar vasitəsi ilə “Skype” quraşdırılacaq.

1news.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları idarəsindən (QMİ) APA-ya məlumat verilib.

QMİ-dən bildirilib ki, artıq bunun tətbiqi üçün hazırlıqlara başlanılıb:

“Bu sistemin tətbiqindən sonra ölkə daxilində kənar məsafədə istənilən şəxs istənilən məsciddəki qaydalara uyğun söylənilən xütbəni dinləmək imkanı əldə edəcək. Məscidlərə getmək imkanı olmayan şəxslər də evlərində və digər yerlərdə internet üzərindən seçdiyi xütbəni dinləyə biləcək. Hazırda iri və mərkəzi məscidlərdə bununla bağlı veb-kameralar quraşdırılır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bildirib ki, onlar da bu ideyanı dəstəkləyir və bu artıq başqa ölkələrdə tətbiq olunur:

“Maraqlı ideyadır. Kim istəməz ki, gedə bilmədiyi halda hansısa məsciddə savadlı bir axundun və ya imamın moizəsini dinləsin”.

Komitə sədri deyib ki, QMİ xütbələr haqqında kitab hazırlayıb və hər yerdə ondan istifadə olunur:

“Yeni xütbə kitabçaları üzərində də iş gedir, komissiya üzərində işləyir”.

1news.az

Paylaş:
541

Son xəbərlər

Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47
Bütün xəbərlər