Allahşükür Paşazadə və Mübariz Qurbanlı Türkiyəyə səfər edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Allahşükür Paşazadə və Mübariz Qurbanlı Türkiyəyə səfər edəcək

14:47 - 08 / 10 / 2016
Allahşükür Paşazadə və Mübariz Qurbanlı Türkiyəyə səfər edəcək

Oktyabrın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görməzin dəvəti ilə Avrasiya İslam Şurasının IX zirvə toplantısında iştirak etmək üçün İstanbul şəhərinə səfər edəcəklər.

1news.az xəbər verir ki, bu barədə Komitənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Avrasiyada İslam: din istismarına qarşı birlik, dayanışma və gələcək perspektivlər” mövzusunda keçirilən zirvə toplantısında regionda İslamın gələcəyi, qlobal təhdidlər və İŞİD problemi, qlobal təhlükə kimi FETÖ-nün Avrasiyada təsirləri, dini istismarın qarşısının alınması yolları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Toplantıya Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Diyanət İşləri başqanı Mehmet Görməz, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin, Orta Asiya, Qafqaz və Şərqi Avropa regionuna daxil olan ölkələrdən din siyasəti ilə məşğul olan rəsmi şəxslər, nüfuzlu din xadimləri, tanınmış islamşünaslar və ilahiyyatçıların qatılacağı gözlənilir.

Açılış mərasimində A. Paşazadə və M. Qurbanlının çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, Avrasiya İslam Şurası Türkiyə Diyanət İşləri Başqanlığının təşəbbüsü ilə yaradılıb.

1news.az

Paylaş:
487

Son xəbərlər

Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04
Bütün xəbərlər