Bakıda əcnəbi yaşadığı evdə qarət edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda əcnəbi yaşadığı evdə qarət edildi

17:38 - 08 / 10 / 2016
Bakıda əcnəbi yaşadığı evdə qarət edildi

Bakının Nərimanov rayonunda əcnəbi yaşadığı kirayə evdə qarət olunub.

1news.az teleqraf.com-a istinadən xəbər verir ki, mənzillərdən birində kirayə yaşayan Pakistan vətəndaşı Sajid Alinin qızıl, məişət və geyim əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Atabəy Novruzlu saxlanılıb.

1news.az

Paylaş:
522

Son xəbərlər

Bütün xəbərlər