Bakıda mənzildə cəsəd aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mənzildə cəsəd aşkarlanıb

16:34 - 09 / 10 / 2016
Bakıda mənzildə cəsəd aşkarlanıb

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

1news.az FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1950-ci il təvəllüdlü Axundov Rasim Nazim oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:26-da başa çatıb.

1news.az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər