Gənclər üçün “Ədəbiyyat Marafonu” keçirildi
Gənclər arasında bədii və elmi ədəbiyyata olan marağı artırmaq məqsədilə “Ədəbiyyat Marafonu” adlı layihə keçirilib.
1news.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyiylə 8-9 oktyabr Bakı şəhərində baş tutub.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata olan marağı artırmaq, gənclərdə mütaliyyə bacarığını və oxumaq hissini inkişaf etdirmək olub.
“Ədəbiyyat Marafonu” gecəsində Azərbaycanın tanınmış yazıçıları və yazarları ilə gənclərin görüşü keçirili. Daha sonra 30 gənc arasında “Ədəbiyyat Marafonu” adı altında intellektual təşkil olunub.
Layihənin son günü iştirakçılar tərəfindən “Hər gəncə bir kitab” adlı fleşmob keçirilib.
1news.az