BANM tələbələrinə “SOCAR-AQŞ” sertifikatlar verdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM tələbələrinə “SOCAR-AQŞ” sertifikatlar verdi - FOTO

16:43 - 10 / 10 / 2016
BANM tələbələrinə “SOCAR-AQŞ” sertifikatlar verdi - FOTO

“SOCAR-AQŞ”-də keçirilən Yay istehsalat təcrübəsi proqramının iştirakçılarının yekun təqdimat mərasimində Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, sənaye müəssisələrində təşkil olunan istehsalat  təcrübə proqramları tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların bacarıqlı kadr kimi yetişməsində önəmli rol oynayır.

BANM-dan 1news.az-a verilən məlumata əsasən, o, deyib ki, “SOCAR-AQŞ”-də təcrübə keçmək imkanı qazanan tələbələr çox şanslıdırlar, çünki onlar milli qazma sənayesində özünəməxsus yeri olan və bu sahədə vaxtaşırı yeniliklər tətbiq edən bir müəssisədə iş prosesi ilə yaxından tanış olublar. Bu da tələbələrə yeni texnika və texnologiyaların tətbiqi, qurğulara nəzarət və idarəetmə sistemlərinin işi, texnoloji proseslər, quyu tikintisi proseslərini əyani görmək və peşəkar mütəxəssislərlə işləmək kimi imkanlar verir. Elmar Qasımov “SOCAR-AQŞ”-nin rəhbərliyinə tələbələrin müəssisədə təcrübə keçməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

“SOCAR-AQŞ”-nin Baş direktoru Ramin İsayev bildirib ki, iki aylıq təcrübə proqramı çərçivəsində vaxtaşırı olaraq müəssisədə təcrübə keçən tələbələrlə görüşüb. Baş direktor proqramın gedişatı və tərtib olunan tədbirlər planı haqqında tələbələrin münasibətlərini öyrəndiyini deyib. Ramin İsayev tələbələrin proqramda həvəslə iştirak etmələri, məsuliyyətli davranışları və təhkim olunduqları sahələrə dair müxtəlif təqdimatlar hazırlayaraq qrup sessiyaları təşkil etmələrindən məmnunluğunu bildirib. 

Qeyd edək ki, Bu il “SOCAR-AQŞ”-də yay istehsalat təcrübəsinə 425 tələbə müraciət edib. Onlardan 109 nəfəri müsabiqələrə buraxılıblar.  Yekunda 17 nəfər təcrübəçi olmaq şansını əldə edib. 17 nəfərdən 3-ü BANM-in tələbəsidir. Belə ki, 2 tələbə “Kimya mühəndisliyi”, 1 nəfər isə, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alır.

1news.az

Paylaş:
453

Son xəbərlər

Sabah hava necə olacaq? - PRQONOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35
Bütün xəbərlər