Meksikanın nüfuzlu qəzetində Azərbaycan Prezidenti haqqında məqalə dərc edilib | 1news.az | Xəbərlər
Siyasət

Meksikanın nüfuzlu qəzetində Azərbaycan Prezidenti haqqında məqalə dərc edilib

20:06 - 10 / 10 / 2016
Meksikanın nüfuzlu qəzetində Azərbaycan Prezidenti haqqında məqalə dərc edilib

Meksikanın nüfuzlu “The News” qəzetində Azərbaycan Prezidenti haqqında “Nümunə olan bir lider” sərlövhəli məqalə dərc edilib.

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalənin müəllifi qəzetin baş redaktoru Teresa Marqolis özünün də iştirakçısı olduğu 29-30 sentyabr tarixlərində keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumundan bəhs edib. Məqalənin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin geniş nitq söylədiyi Foruma dünyanın 75 ölkəsindən 450 nəfərdən çox nümayəndənin, o cümlədən keçmiş prezidentlərin, 13 Nobel mükafatı laureatının və 13 beynəlxalq təşkilatın rəhbərlərinin qatıldığı beynəlxalq tədbirin əsas mövzusunun multikulturalizm, miqrantların və məcburi köçkünlərin etnik dözümsüzlüyün, laqeydliyin gündən-günə artdığı dünyada qarşılaşdıqları aktual problemlərdən ibarət olduğu qeyd edilib.

Teresa Marqolis yazır ki, Forum özündə siyasətdən başlayaraq sənaye, elm və dini məsələlərə qədər çox geniş spektri əhatə edib. “Dəyirmi masa”lar arxasında müzakirələrin gedişində cəmiyyətin bütün təbəqələrinin təmsilçilərinə danışmaq və öz fikrini çatdırmaq imkanı yaradılıb. Humanitar təcrübədə mədəni müxtəliflik mövzusu, kütləvi miqrasiya şəraitində insan kapitalının qorunması, sosial təkamül şəraitində dayanıqlı inkişaf, molekulyar biologiya və etik tibbi innovasiyalar, sivilizasiyalararası dialoqun təmin edilməsində mətbuatın rolu, XXI əsr kontekstində texnologiyaların yaxınlaşması kimi mövzulardan bəhs edilib.

Müəllifin fikrincə, nüfuzlu intellektlərin iki gün davam edən toplantısında təkrar-təkrar səslənmiş çağırış bundan ibarət olub ki, mədəni, etnik və dini müxtəliflik özündə müasir cəmiyyətin varlığını əks etdirir, hansı millətlər bu müxtəlifliyi boğmağa, yaxud aradan qaldırmağa can atacaqlarsa, onlar mahiyyət etibarilə öz sosial-iqtisadi təkamüllərini məhv etmiş olacaqlar. O, bu çağırışın hansı geosiyasi mühitdə təşəkkül tapdığını xüsusi vurğulayaraq onun möhtəşəm olduğunu bildirib.

Müəllif Azərbaycan barədə məlumat verərək, dini mənsubiyyəti əsasən müsəlmanlardan ibarət olan, Qafqazda Xəzər dənizi sahilində yerləşən, şimalda Rusiyaya, şimal-qərbdə Gürcüstan, qərbdə Ermənistan, cənubda İran, Naxçıvan vasitəsilə şimal-qərbdə Türkiyə ilə həmsərhəd olan keçmiş sovet respublikalarından biri olmaqla qlobal miqrasiya böhranının və Yaxın Şərqdə artan gərginliyin bu regiondan da təsirsiz ötüşmədiyini qeyd edib.

Tereza Marqolis, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq 1992-ci ildə baş vermiş beynəlxalq səviyyədə tanınmış Xocalı soyqırımına görə məsuliyyət daşıyan və işğal olunmuş ərazilərin təxirə salınmadan azad edilməsi barədə BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların çoxsaylı qətnamələrini saya salmayan, ərazisinin 20 faizini işğal altında saxlayan qonşu Ermənistanın təcavüzündən güclü ziyan çəkməsinə baxmayaraq, Azərbaycanın bütün tarix boyu multikulturalizm və dini dözümlülük məkanı olmasının təqdirəlayiq hal olduğunu bildirib.

Məqalənin davamında müəllif, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin fəaliyyətindən bəhs edərək öz fikirlərini bölüşüb. O, Prezident İlham Əliyevin Forum iştirakçılarına salamlarını yetirərkən Azərbaycanın xarici mədəniyyətlərə və etnik qruplara münasibətdə qonaqpərvərlik ənənələrindən danışdığını qeyd edib. Daha sonra Tereza Marqolis Azərbaycan Prezidentinin qeyd etdiyi bu faktın dörd gün sonra Bakıda qarşılanan Roma Papası Fransiskin onun xahişi ilə şəhərin mərkəzində açıq səma altında messa keçirərkən və şəhərin ən böyük otelində Aşkenazi Roş-Ha-Şana dini ayini keçirilən zaman Prezidentin müşavirinin də iştirak edərək yerli yəhudi icmasının üzvlərini yeni il bayramı münasibətilə hökumət adından təbrik edən zaman öz təsdiqini tapdığını heyranlıqla qələmə alıb.

T.Marqolis yalnız Forumda deyil, Roş-Ha-Şana bayramı münasibətilə təşkil edilmiş şam yeməyində də iştirak edərkən digər iştirakçılardan heç zaman Azərbaycanda hər hansı bir dini təqib hallarına rast gəlmədikləri barədə eşitdiklərini də yazıb.

Daha sonra müəllif məqaləsində yenidən dövlət başçısından bəhs edərək bildirib ki, 2013-cü ildə beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilmiş prezident seçkilərində İlham Əliyevin qələbəsini heç kim inkar edə bilməz.

T.Marqolis Forum zamanı xarici bir diplomatdan eşitdiyi bu fikirlə razı olduğunu qeyd edib ki, İlham Əliyev neft sektorundan qazanılan vəsaiti müdrikcəsinə infrastruktura, təhsil sektoruna və sənayenin şaxələndirilməsinə yönəldib. Bu da öz növbəsində son dövrdə manatın iki dəfə devalvasiyaya uğramasına baxmayaraq, Azərbaycanın mövcud neft böhranından qorunmasına kömək edib.

Eyni zamanda, müəllif bildirib ki, 1991-ci ildə ölkə öz müstəqilliyini bəyan edərkən yoxsulluq səviyyəsi 45 faiz təşkil edirdisə, hazırda bu göstərici yalnız 5 faiz həddindədir.

Müəllif Prezident İlham Əliyevin güclü bir lider olmaqla yanaşı, o cümlədən etnik və dini mənsubiyyətindən asılı olmayaraq xeyirxahlıqla xalqının bütün nümayəndələrinin qayğısına qaldığını bildirib. O, dövlətimizin başçısı haqqında öz fikirlərini belə bitirib: İlham Əliyev regional və iqtisadi siyasət meydanında öz xalqına başçılıq edərək ölkəsini regionun ən sabit bölgəsinə çevirib.

Sonra müəllif Azərbaycanın heç vaxt işğalçılıq iddiaları olmayan, başqa xalqların ərazisinə təcavüz etməyən bir ölkə kimi regionun lideri sayıldığını və multikulturalizmin, dini dözümlülüyün, sosial-iqtisadi inkişafın dayağı olduğunu sübut edərək, digərləri üçün nümunəyə çevrildiyini bildirib.

Məqalənin sonunda T.Marqolis Forumun açıqfikirlilik, qarşılıqlı hörmət və dinc yanaşı yaşama çağırışını etdiyini, bu çağırışın Azərbaycanın qonşuları tərəfindən eşidilib, diqqətə alınacağına ümid bəslədiyini bildirib.

AZƏRTAC

Paylaş:
629

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər