Yol qəzalarının 9 aylıq statistikası: 571 ölü, 1555 yaralı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol qəzalarının 9 aylıq statistikası: 571 ölü, 1555 yaralı

10:42 - 10 / 10 / 2016
Yol qəzalarının 9 aylıq statistikası: 571 ölü, 1555 yaralı

Bu ilin 9 ayında respublikada baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

İdarədən bildirilib ki, 2016-ci ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 571 nəfər ölüb, 1555 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 164 fakt (9,9%), ölənlərin sayı 95 nəfər (14,3%), yaralananların sayı 191 nəfər (10,9%) azalıb.

Bakı şəhəri ərazisində 490 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 138 nəfər ölüb, 515 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, ölənlərin və xəsarət alanların sayı uyğun olaraq 110 fakt (18,3%), 37 nəfər (21,1%), 130 nəfər (20,2 %) azalıb.

1news.az

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər