MSK üç seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib | 1news.az | Xəbərlər
Siyasət

MSK üç seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib

17:27 - 11 / 10 / 2016
MSK üç seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib

Mərkəzi Seçki Komissiyası (MSK) 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 3 seçki  məntəqəsində  seçkinin nəticələri tam ləğv edib.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün MSK-nın iclasında MSK katibi Arifə Muxtarova bildirib.

A.Muxtarova deyib ki, 1 seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv edilib:

"11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlibadad kənd Seçki Dairəsi  2 saylı seçki məntəqəsində seçkinin nəticələri tam, 64 saylı Sabirabad II Seçki Dairəsinin 35 saylı seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv olunub”.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiya Məhkəməsi bu layihəni təsdiq edib.

1news.az

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər