Azərbaycana qanunsuz yolla avtomaşın gətirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana qanunsuz yolla avtomaşın gətirilməsinin qarşısı alınıb

19:30 - 11 / 10 / 2016
Azərbaycana qanunsuz yolla avtomaşın gətirilməsinin qarşısı alınıb

Qanunsuz yolla Gürcüstandan Azərbaycana avtomobil gətirilməsinin qarşısı alınıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat veriblər.

Məlumata görə, Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində bu il 10 oktyabr tarixində sərhəd buraxılış mən­təqəsindən Gürcüstan - Azərbaycan Res­pub­lika­sı istiqamətində hərə­kət edən Azərbaycan vətəndaşı 27.07.1977-ci il təvəllüdlü Məmmədov Azər Tofiq oğ­lu­nun idarə etdiyi “Ford Tranzit” markalı, 90-OT-790 dövlət nömrə nişanlı nəq­liyyat vasitəsinin qeydiyyat şəhadət­na­mə­sin­də olan şassi nömrəsi ilə dövlət qeydiyyat nişanı eynilik təşkil etmədiyi aş­kar­la­naraq AR ərazisinə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısı alınıb.

Hazırda faktla bağlı əməliyyat və istintaq tədbirləri davam etdirilir.

1news.az

 

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər