MSK referendumun nəticələrini təsdiq edib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) bu il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələri ilə bağlı iclası keçirilib.
1news.az-ın məlumatına görə, Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda referendumun nəticələri barədə protokol təsdiq edilib.
Təsdiq edilən protokolda qeyd edilib ki, respublika üzrə seçici fəallığı 69,7 faiz olub.
Referendumun nəticələri ilə burada tanış ola bilərsiniz.
Qeyd edək ki, referendumda yol verilən nöqsanlara görə 6 seçki məntəqəsinin seçki komissiyası buraxılıb, 3 seçki məntəqəsində səsvermənin nəticələri tam, bir seçki məntəqəsində qismən ləğv edilib. Səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Referendum Aktının 29 hissəsinin hər birinin lehinə səs verdiyindən Referendum Aktı qəbul edilib.
MSK üzvlərinin hamısı protokola imza atıb.
1news.az