Kamran Ağayev: “Mənim haqqımda pis danışanlara demək istəyirəm ki...”
Futbol üzrə Azərbaycan yığması tarixində ilk dəfə təsnifat mərhələsini 2 dalbadal qələbədən başlayıb.
1news.az-ın Sportbox.az-a istinadən verdiyi məlumata əsasən, yığmamızın qapıçısı Kamran Ağayev öz müsahibəsində Norveçlə oyun, millimizin məqsədləri və Portuqaliyanın “Boavişta” klubunda vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
-Biz meydana qələbə dalınca çıxmışdıq və istədiyimiz nəticəni əldə etdik. Ümumiyyətlə, biz doğma divarlar arxasında oynayırdıq və qalib gəlməyimiz normal haldır. Belə oyunlarda heç-heçə və ya məğlubiyyətə anormallıq kimi baxmaq lazımdır. Əlbəttə ki, Norveçlə oyun çətin keçdi. Daha çox müdafiə olunmaq məcburiyyətində idik. Oyun taktikasının belə olduğunu deməzdim. Ola bilsin ki, hesab 0:0 olsa idi biz başqa cür oynayacaqdıq.
- Yığmamız iki oyunda iki qələbə qazandı. Və Azərbaycanın qrupdan çıxmaq üçün mübarizəyə qoşula biləcəyinə dair ümid yaranıb...
-Yığmada futbolçularla birgə 40-a yaxın insan çalışır. Və hər kəsin öz fikri, mövqeyi var. Lakin biz Azərbaycan üçün əlimizdən gələni etməliyik. Mənim şəxsim fikrim belədir ki, biz gərək Dünya çempionatının final mərhələsinə çıxmağ qarşımıza məqsəd qoymalıyıq.
- Sizcə bu mümkündürmü?
- Bu mənim şəxsi fikrimdir. Məncə mümkündür. Əgər özümə və bu məqsədə nail olmağın mümkünlüyünə inamım olmasayadı dərhal karyeramı bitirərdim. Mən özümə inanıram və yüksək məqsədlər uğrunda mübarizə aparıram. İstəkdən savayı, həm də məqsəd uğrunda mübarizə aparmaq və əlindən gələni etmək lazımdır.
- Sizin karyeranızda yeni dönəm başladı cə siz “Boavişta”-nın birinci nömrəsi oldunuz.
- Əsas odur ki, Allah bizi zədələrdən qorusun. Zədədən sonra meydana qayıtmaq çox çətindir. Mən belə bir dönəmi keçmişəm, lakin yıxılmamışam, sadəcə büdrəmişəm. Bir dönəm çoxlu zədələrim var idi, karyerada düşüş müşahidə olunurdu və toparlanmaq çox çətin idi. Mənim haqda çox pis şeylər yazmağa başladılar. Sən dəfə bu “Sumqayıt”-a keçidimlə bağlı idi. Mən bu klubun rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Çünki mənə formamı itirməmək üçün onlarla məşq etmək imkanı yaradırdılar, çətin anda isə əlini uzadaraq məni klub dəvət etdi.
- Lakin etiraf edin ki, “Sumqayıt” “Boavişta” kimi stimul ola bilməz.
- Mən ümumi olaraq bu klubun münasibətindən danışdım. “Xəzər-Lənkəran”-ı tərk etdikdən sonra, onlar da mənə məşq etməyə imkan yaratdılar. Onlarada təşəkkürümü bildirirə. Mənim haqqımda pis şeylərə demək istəyirəm ki, öz futbolçularımızı dəstəkləməliyik. Adi bir söz insanı sındıra, karyerasına son qoya bilər. Və əksinə, dəstək böyümək üçün stimul ola bilər.
- Qeyd etdiniz ki, qarşısına qoyduğunuz məqsəd yığma ilə birgə Dünya çempionatına vəsiqə qazanmaqdır. Bəs klubda hansı məqsədləri güdürsünüz?
- Mən komandaya uğur qazanmaqda kömək etmək istəyirəm. Hal-hazırda orada çıxış edirəm, müqaviləm var, pul alıram. “Boavişta”-ya aid olan dönəmdə mən klubun uğur qazanması üçün mübarizə aparacam.
1news.az