İtaliya qəzetində azərbaycanlı məcburi köçkünlər haqqında məqalə dərc olunub | 1news.az | Xəbərlər
Siyasət

İtaliya qəzetində azərbaycanlı məcburi köçkünlər haqqında məqalə dərc olunub

13:58 - 12 / 10 / 2016
İtaliya qəzetində azərbaycanlı məcburi köçkünlər haqqında məqalə dərc olunub

İtaliyanın “Cronache di Napoli” qəzetində jurnalist Domeniko Letisiyanın azərbaycanlı məcburi köçkünlər haqqında məqaləsi dərc olunub. Məqalə müəllifin “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdan aldığı müsahibə və Ramana qəsəbəsi yaxınlığında məcburi köçkün ailələri üçün tikilmiş qəsəbəyə səfəri əsasında yazılıb.

Məqalədə bildirilir ki, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində şəhərdə yaşayan azərbaycanlılar öz yurdunu tərk etmək məcburiyyəti ilə üzləşib, dövlət tərəfindən tikilmiş xüsusi qəsəbədə məskunlaşıblar. Şuşanı hansı şəraitdə tərk etməsindən danışan Bayram Səfərov işğal günündən bəri şəhərə gedə bilmədiyini və ən böyük arzusunun yenidən Şuşaya qayıtmaq olduğunu deyib.

Məqalədə B.Səfərova istinadən Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələrinin, o cümlədən ermənilərin dinc şəraitdə yaşadıqları qeyd edilir. Ermənistanda isə yalnız ermənilərin yaşadıqları və bu ölkənin multikulturalizmə qarşı olduğu vurğulanır. Bundan əlavə, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi xatırladılır.

İtaliyalı jurnalist, həmçinin Bakıdan bir neçə 10 kilometr məsafədə məcburi köçkünlərin məskunlaşdıqları qəsəbəyə səfərindən və oradakı mövcud şəraitdən söz açıb. “Mən qəsəbədə yenicə tikilmiş, şagirdlərin ingilis dilində dərs keçdikləri informatika otağı olan müasir məktəbdə və musiqi məktəbində oldum. Musiqi məktəbinin direktoru mənim italyan vətəndaşı olduğumu biləndə mənə öz telefonunda şagirdlər tərəfindən italyan dilində təşkil olunmuş konserti göstərdi. Adriano Çelentano, Toto Kutunyo, Luçano Pavarotti və Enriko Karuso - bunların hamısı bu qəsəbədə tanınır, onların mahnıları və sözləri musiqi məktəbində tədris olunur. Düşərgədə mən şəhid vermiş məcburi köçkün ailəsinə qonaq dəvət olundum. Ailə başçısı evlə təmin olunmalarını, onlar üçün hər cür şərait yaradıldığını bildirsə də, doğma yurdu heç nəyin əvəz etmədiyini xüsusilə vurğuladı”, - deyə jurnalist qeyd edir.

AZƏRTAC

Paylaş:
501

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər