Mixael Link: Azərbaycanda müxtəlif dinlər arasındakı münasibətlər digər ölkələr üçün nümunə ola bilər | 1news.az | Xəbərlər
Siyasət

Mixael Link: Azərbaycanda müxtəlif dinlər arasındakı münasibətlər digər ölkələr üçün nümunə ola bilər

15:45 - 12 / 10 / 2016
Mixael Link: Azərbaycanda müxtəlif dinlər arasındakı münasibətlər digər ölkələr üçün nümunə ola bilər

Oktyabrın 12-də Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Mixael Link ilə görüşüb.

Bahar Muradova Azərbaycanın bir neçə gündən sonra dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edəcəyini bildirib. Vurğulayıb ki, belə bir ərəfədə dost dövlətlərdən, eləcə də beynəlxalq təşkilatlardan nümayəndələrin Azərbaycana səfəri olduqca əhəmiyyətlidir.

Görüşdə ötən ay ölkəmizdə keçirilən referendum barədə də söhbət açılıb. Bildirilib ki, referendum zamanı Azərbaycan xalqı Konstitusiyaya təklif olunan mühüm dəyişikliklərə “hə” dedi. Bununla da Azərbaycan müstəqil ölkə kimi yeni bir mərhələyə qədəm qoydu. Referendumda müşahidəçi kimi iştirak edən beynəlxalq təşkilatlar da səsvermənin demokratik, şəffaf şəkildə keçirildiyini təsdiq etdilər.

Milli Məclis sədrinin müavini dünyada baş verən kataklizmlərin aradan qaldırılması üçün ölkələrin maksimum səy göstərməsinin önəmini qeyd edib. Bildirib ki, bu sahədə Azərbaycanın təcrübəsi, min illərə söykənən birgəyaşayış, dinlərin, mədəniyyətlərin, etnik qrupların sülh və qardaşlıq şəraitində yaşaması çox gözəl örnəkdir. Azərbaycanda multikulturalizm insanların həyat tərzidir.

Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini bildirən Mixael Link V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini söyləyib və bu tədbirin əhəmiyyətini qeyd edib. O, ölkəmizə səfəri çərçivəsində “Qeyri-ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq” mövzusunda keçirilən ikigünlük seminarda da iştirak etdiyini bildirib, bu tədbirin məlumat və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu deyib.

Mixael Link dinlərarası dialoq sahəsində Azərbaycanın qədim tarixinin olduğunu, burada müxtəlif dinlər arasındakı münasibətlərin digər ölkələr üçün nümunə ola biləcəyini vurğulayıb.

AZƏRTAC

Paylaş:
489

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər