Bir gündə 8984 sürücü cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir gündə 8984 sürücü cərimələnib

17:38 - 12 / 10 / 2016
Bir gündə 8984 sürücü cərimələnib

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları bir gün ərzində 8984 sürücünün inzibati xəta törətdiyini aşkar edib.

1news.az xəbər verir ki, bu barədə DBYPİ-dən məlumat verilib.

İdarədən bildirilib ki, oktyabrın 11-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 40-ı sükan arxasına sərxoş halda əyləşdiyinə, 5-i isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.

Sürət həddini aşdığına görə 4873 sürücüyə elektron protokol (MMX) tərtib edilib.

1news.az

Paylaş:
425

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər