Səməd Seyidov AŞPA-da Türkiyəni tənqid edən erməni deputatlara sərt cavab verib | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov AŞPA-da Türkiyəni tənqid edən erməni deputatlara sərt cavab verib

15:48 - 13 / 10 / 2016
Səməd Seyidov AŞPA-da Türkiyəni tənqid edən erməni deputatlara sərt cavab verib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında cari məsələ kimi dövlət çevrilişinə cəhd kontekstində Türkiyədəki vəziyyət ətrafında müzakirə aparılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Türkiyəni tənqid edən Ermənistan nümayəndə heyətinin üzvlərinə cavab verib. O, erməni tərəfinin davranışını qəbuledilməz və riyakarlıq adlandırıb.

S.Seyidov bildirib ki, Türkiyədə terrorçu təşkilat ölkədə mövcud olan demokratik üstünlüklərdən yararlanaraq hakimiyyəti devirmək niyyətində olub:

“Bunun mümkün olmadığını gördükdə, onlar hərbi dövlət çevrilişinə əl atdılar. Türkiyə hökuməti və parlamenti hazırda hər şeyi edir ki, ölkədə demokratiyanı bərqərar etsin. Türkiyəli həmkar və dostlarım tam doğru olaraq deyirlər ki, bu gün Türkiyə xalqı demokratiyanın tərəfdarıdır və bu da ölkədə demokratiyanın əsas təminatıdır. Türkiyə hazırda üç təhlükə ilə qarşı-qarşıyadır. Bunlardan birincisi odur ki, ölkə daxilindəki terrorçu təşkilatlar demokratik ab-havadan yararlanmağa çalışır.

İkincisi, Türkiyə bu gün yalnız FETÖ-ya qarşı deyil, eyni zamanda ölkədəki demokratik azadlıqları sarsıtmağa çalışan İŞİD və digər terrorçu təşkilatlarla da kəskin mübarizə aparır. Nəhayət, sonuncu təhlükə ölkə daxilindən yox, elə oturduğumuz təşkilatdan gəlir, çünki biz burada ikili standartları müşahidə etməkdəyik. Təsəvvür edin ki, mənim ölkəmin ərazilərini işğal edən bir ölkə Türkiyədə demokratiyanın olmadığını iddia edərək onun ünvanına tənqidlər yağdırır. Bu, qəbuledilməzdir və riyakarlıqdan başqa bir şey deyil”.

1news.az

Paylaş:
536

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər