İlham Əliyev Bakıda oksigen zavodunun açılışında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Bakıda oksigen zavodunun açılışında iştirak edib – FOTO

10:18 - 13 / 10 / 2016
İlham Əliyev Bakıda oksigen zavodunun açılışında iştirak edib – FOTO

Prezidenti İlham Əliyev oktyabrın 13-də “Baku steel company” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) oksigen zavodunun açılışında iştirak edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, burada 2012-2013-cü illərdə əsaslı yenidənqurma işləri aparılıb. Cəmiyyətin inzibati binası da görülən işlər çərçivəsində müasir səviyyəyə çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin bu şirkətdə, Prezident İlham Əliyevin isə müxtəlif istehsal müəssisələrində olduqları vaxt çəkilən fotolarından ibarət stend yaradılıb. Şirkət 2001-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb.

Prezident İlham Əliyevə burada hazırda icra olunan üç yeni layihə barədə məlumat verildi. Yeni layihələrə ferroərintilərin və şıxta materiallarının soba və soba-çalova verilməsini təmin edən müasir avtomatlaşdırılmış qurğunun, 9 metr radiusda olan üçşırnaqlı, tökmə sürəti dəqiqədə 5 metr olan fasiləsiz pəstahtökmə maşınının quraşdırılması, həmçinin illik məhsuldarlığı 550 min ton olan çeşidli yayma xəttinin yaradılması daxildir. Bu xətt istehsal prosesində itkiləri azaltmaq üçün pəstahların bir-birinə avtomatik qaynaq olunması qurğusu ilə təchiz edilib. Çeşidli yayma xəttində tökmə maşınından pəstahların isti şəkildə verilməsi də nəzərdə tutulub ki, bu da öz növbəsində enerjiyə qənaət etməyə imkan yaradır. “Baku steel company” MMC bu layihələri İtaliyanın “Danieli” şirkəti ilə reallaşdırır.

Sonra Prezident İlham Əliyev oksigen zavodunun açılışında iştirak etdi.

Zavod dünyanın bu sahədə ən qabaqcıl şirkəti olan “Air Liquide” şirkətinin avadanlığı ilə təchiz olunub. İnşası yerli şirkətlər tərəfindən aparılan bu müəssisənin istehsal gücü saatda 5 min kubmetrdir. Burada istehsal ediləcək oksigen kimyəvi tərkibinə görə çox yüksək təmizliyə malikdir və “Baku steel Company”nin artan istehsal gücünü tam ödəməklə yanaşı, elektrik qövs sobasında kimyəvi enerji kimi istifadə edilir. Bu isə elektrik enerjisi məsrəfinə qənaət etməyə imkan verir.

Dövlətimizin başçısı İlham Əliyev zavodu işə salan düyməni basdı.

“Baku steel company” MMC ölkəmizin qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərindəndir. Burada son illərdə aparılan yenidənqurma işləri nəticəsində şirkətin illik istehsal gücü 250 min tondan 1,100 min tona çatdırılıb.

Prezident İlham Əliyev polad istehsalı sahəsində məhsulun hazırlanması prosesi ilə tanış oldu.

Bu il “Baku steel company”də tikişsiz boru istehsalı üçün xammal olan dairəvi pəstahların hazırlanmasına başlanılıb. Hazırda diametri 130, 170, 190, 220 millimetr olan dairəvi pəstahlar müvafiq polad markalarına uyğun olaraq istehsal edilir.

Dövlətimizin başçısı burada istehsal olunan məhsullara baxdı.

“Baku steel company” MMC müasir Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan qabaqcıl poladəritmə müəssisəsidir. Müəssisədə quraşdırılan dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq yüksək keyfiyyətli və rəqabətədavamlı məhsul əldə etməyə tam imkan verir. Daxili və xarici bazarın polad məmulatlarına tələbatını nəzərə alan “Baku steel company” istehsal olunan məhsulun çeşidini genişləndirib. Bu məqsədlə zavodda iki yeni yayma xətti quraşdırılaraq çoxçeşidli künclük, şveller, ikitavrlı şveller və yayma məftil məhsullarının istehsalına başlanılıb. Eyni zamanda, müəssisədə müxtəlif markalı polad pəstahlar, diametri 10-32 millimetr olan armaturlar istehsal edilir. Məhsulların hamısı yüksək keyfiyyəti ilə seçilir. İxrac siyasətini hər zaman inkişaf etdirən şirkət məhsullarını Rusiya, Gürcüstan və digər ölkələrin bazarlarına çıxarır. Regionun aparıcı müəssisələrindən biri olan “Baku steel company” məhsulun çeşidini daha da genişləndirməyi qarşısına məqsəd qoyub. Şirkət regionun və dünyanın aparıcı metallurgiya ixracatçısı kimi fəaliyyətini müasir tələblər səviyyəsində qurub.

Müəssisə ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

1news.az

Paylaş:
1074

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər