“Betis”in futbolçusu “Real” ilə oyundan sonra Ronaldunu 20 dəqiqə gözlədi – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Betis”in futbolçusu “Real” ilə oyundan sonra Ronaldunu 20 dəqiqə gözlədi – VİDEO

11:22 - 17 / 10 / 2016
“Betis”in futbolçusu “Real” ilə oyundan sonra Ronaldunu 20 dəqiqə gözlədi – VİDEO

“Betis”in futbolçusu Çarli Musonqa klubunun “Real” ilə oyunundan sonra Kriştianu Ronaldunu 20 dəqiqədən çox gözləyib.

1news.az-ın Sportbox.az-a istinadən verdiyi məlumatına əsasən, Primeronun 8-ci turu çərçivəsində “Betis” öz meydanında “Real” tərəfindən darmadağın edilib (1:6).

Lakin bu məğlubiyyət klubun oyunçusu Musonqanı məyus etməyib.

20-yaşlı belçikalı öz kumiri ilə görüşmək üçün soyunma otağının yanında uzun müddət gözləyib.

Onun bu səyi nəticəsiz qalmayıb.

Musonqa Kriştianu Ronaldu ilə bir-neçə dəqiqə danışmaq və xatirə şəkli çəkmək imkanı əldə edib.

 

 

1news.az

Paylaş:
1380

Son xəbərlər

Bütün xəbərlər