“Dinamo” – “Qəbələ” oyununa hakim təyinatları açıqlandı | 1news.az | Xəbərlər
Futbol

“Dinamo” – “Qəbələ” oyununa hakim təyinatları açıqlandı

15:58 - 18 / 10 / 2016
“Dinamo” – “Qəbələ” oyununa hakim təyinatları açıqlandı

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Dinamo” (Moskva, Rusiya) - “Qəbələ” cavab oyununa hakim təyinatları açıqlanıb. 

1news.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Rusiyada keçiriləcək cavab oyununu moldovalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Dumitru Muntyan olacaq. Onun köməkçiləri kimi isə həmyerliləri Vyaçeslav Sivaçyovla Anatoli Basiul təyinat alıblar. Dördüncü hakim funksiyasını rusiyalı referi yerinə yetirəcək.

Qeyd edək ki, Ximkidəki “Rodina” stadionunda keçiriləcək matç oktyabrın 19-u Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

1news.az

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər