Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri dünyanı silkələyib – FOTO
İlk dəfə 2013-cü ilin sentyabrında İtaliyanın hüquq-mühafizə orqanları İnterpolun xətti ilə Azərbaycandan olan kriminal aftoritet Rövşən Lənkəranskini (Rövşən Caniyev) axtarışa verib.
Rövşən cinayətkar dəstə ilə əlaqələrinin olmasında, pulların yuyulmasında, eləcə də sənədlərin saxtalaşdırılmasında ittiham olunurdu. 2014-cü ilin fevralında Caniyevə qarşı beynəlxalq axtarış dayandırılır. Lakin sonra İtaliya polisi yenidən İnterpolun xətti ilə azərbaycanlını axtarışa verir.
Bəs nə üçün İtaliya polisi avqustun 18-də İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskini axtarırmış?
Axtarışlar nəticəsində kriminal avtoritetin sahibkarlıq fəaliyyəti üzə çıxır. İtaliyanın maliyyə polisi qanuni oğrunun izinə daha çox nağd pulların əldə edilməsindən sonra düşür. Nağd pula bir ay içində İtaliyanın Pozitano şəhərində Le Sirenuse və Hotel Covo dei Saraceni kimi lüks otelləri alınır. Belə ki, ilk otel 52 milyon avroya, ikincisi isə 49 milyon avroya əldə edilir. Bu haqda Sputnik Azərbaycan-a kriminal aləmə yaxın olan mənbədən bildirilib.
Baxmayaraq ki, otelləri Caniyev öz adına qeyd etdirsə də, hüquq-mühafizə orqanları onun izinə çıxırlar. Covo dei Saraceni oteli çeçen qanuni oğru – Şeyx Həmzətin (Həmzət Qastomirov) həyat yoldaşının adına qeydiyyat etdirilir. O, da Caniyevə qarşı iki türk və bir çeçen mafiya başçısının birləşməsinə səbəb olur.
Le Sirenuse otelini isə Lənkəranski öz qohumlarından birinin adına qeydiyyat etdirir. Lakin hazırda hər iki otel Şeyx Həmzətin Avropadakı mafiya qruplaşmasının ixtiyarındadır. Bu il çeçenin vəkiləri Le Sirenuse otelini Caniyevin qohumlarından məhkəmə vasitəsilə alıblar.
Məlumdur ki, İtaliya polisi Caniyevin izinə düşdükləri zaman o, bütün mal-varlığını Qastomirovun nəzarətinə vermək məcburiyyətində qalır. Təkcə İtaliyada 3 otel, bir restoran və 6 kottec Lənkəranskiyə məxsus idi. Bundan sonra bütün iri investisiyalar Hamburq, Münhen və Berlində həyata keçirilir.
Lakin bütün bunlar mafiya qruplaşmasının Avropadakı daxılına gəlir gətirən obyektlər deyil. Rusiyadakı iri meyvə-tərəvəz bazası da Şeyx Həmzətin adamarı tərəfindən idarə olunurdu. Avropada Şeyx Həmzətin klanı Rusiya bazarlarına məhsul verən bazalara nəzarət edir. Mənbənin sözlərinə görə, tezliklə kriminal aləm Caniyevin Avropdakı yatırımlarından silkələnəcək.
Yeri gəlmişkən Şeyx Həmzət təkcə türk mafiya başçıları Bülənt Bafralı və Sedat Şahinlə deyil, eləcə də italyan mafiya başçısılarından Matteo Messina Denaro (iblis mənası verən Dyabolik ləqəbli) və Bernardo Provenzano ilə əlbir olub.
Sicilaya mafiyasının başçısı Denaro öz ləqəbini italyan komikslərindən götürüb. 2006-cı ildə Provenzano həbs edilən zaman Denaro Koza Nostranın yeni liderlərindən biri olur. Forbes jurnalının məlumatına görə, Denaro dünyada axtarılan 10 məşhur cinayətkarlar sırasında altıncıdır.
Mövzu ilə əlaqədar oxuyun:
Türkiyədə Rövşən Lənkəranskini qətlə yetirənlər saxlanılıb – FOTO – VİDEO – YENİLƏNİB
Sputnik Azərbaycan