Bu il vergi sahəsində cərimə və maliyyə sanksiyalarının məbləği 8,5 dəfə azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu il vergi sahəsində cərimə və maliyyə sanksiyalarının məbləği 8,5 dəfə azalıb

15:00 - 19 / 10 / 2016
Bu il vergi sahəsində cərimə və maliyyə sanksiyalarının məbləği 8,5 dəfə azalıb

“Ölkədə islahatların genişləndiyi bir vaxtda vergi ödəyicilərinin də üzərinə müəyyən öhdəliklər düşür”.

1news.az xəbər verir ki, bu sözləri Vergilər Nazirliyinin Vergi auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev bildirib.

Onun sözlərinə görə, 2015-ci ilin sonlarından sahibkarlıq subyektlərində yoxlamaların məhdudlaşdırılması və vergi nəzarəti tədbirlərinin sayının azaldılması sahibkarlara öz fəaliyyətlərini genişləndirmək üçün əlavə imkanlar verib:

“2016-cı ilin yanvar-sentyabr ayları ərzində 4441 səyyar vergi yoxlaması başa çatıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yarıbayarı az olub.

2015-cı ilin yanvar-sentyabr ayları ərzində 58 574 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 66 527 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövrü üzrə 12 735 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 14 567 akt tərtib edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri nəticəsində tərtib edilmiş akt sayının 4,6 dəfə azalması deməkdir”.

İdarə rəisi deyib ki, operativ vergi nəzarəti tədbirləri zamanı cari ilin yanvar-sentyabr aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği keçən ilin ilk doqquz ayı ərzindəkinə nisbətən 8,5 dəfə azalaraq cəmi 2,3 milyon manat təşkil edib:

“Göründüyü kimi, vergi orqanları tərəfindən həyata keçirilən operativ nəzarət tədbirlərində əsas məqsəd heç də cərimə tətbiq etmək deyil, vergidən yayınma hallarının qarşısını əvvəlcədən alaraq, vergi mədəniyyətinin yüksəldilməsinə şərait yaratmaqdır. Bunun qarşılığında vergi ödəyiciləri də öz əməllərinə görə cavabdeh olmalı və qanunvericiliklə müəyyən edilmiş vəzifələr əsasında fəaliyyət göstərməlidir”.

1news.az

 

Paylaş:
556

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər