SOCAR Tower “İlin ən yaxşı ofis binası” mükafatını alıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR Tower “İlin ən yaxşı ofis binası” mükafatını alıb – FOTO

16:12 - 19 / 10 / 2016
SOCAR Tower “İlin ən yaxşı ofis binası” mükafatını alıb – FOTO

Nyu-Yorkda “ENR” (Engineering News Record) jurnalı tərəfindən keçirilən ənənəvi Beynəlxalq Tikinti Sammitində “İlin ən yaxşı qlobal layihələri” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub. SOCAR-ın yeni inzibati binası - SOCAR Tower ofis binaları nominasiyasında qalib gəlib.

1news.az-a SOCAR-ın mətbuat xidmətindən verilən xəbərə görə, bu nominasiyada “İlin ən yaxşı layihəsi” mükafatı SOCAR‐ın sosial məsələlər üzrə vitse‐prezidenti Bədəl Bədəlov, layihənin məsul mühəndisləri Cavid Nəcəfov və Tural Ramazanova, həmçinin əsas layihəçi “Heerim Architects and Planners”, struktur üzrə layihəçi “Thornton Tomasetti” və podratçı “Tekfen İnşaat və Təchizat” şirkətlərinin nümayəndələrinə təqdim olunub.

Mərasimdə dünyanın müxtəlif yerlərində inşa olunan və digər nominasiyalarda “Ən yaxşı layihə” mükafatına layiq görülən layihələrin nümayəndələri, sifarişçi, layihəçi, idarəetmə və podratçı şirkətlərin rəhbər işçiləri iştirak ediblər.

 “ENR” tikinti biznesində inkişaf etməkdə olan firmalar, yeni layihələr və vacib xəbərlərin dərc edildiyi nüfuzlu jurnaldır. Jurnalın təşkil etdiyi müsabiqənin əsas məqsədi dizayn və tikinti sahəsində həyata keçirilən ən görkəmli layihələri müəyyənləşdirmək və onların arxasında duran komandaları mükafatlandırmaqdır. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti 15 ölkədən 23 layihə seçib, onları təhlükəsizlik, innovasiya, dizayn və inşaat üstünlükləri parametrləri üzrə təhlil edib, müxtəlifyönümlü qlobal layihə komandalarının əməkdaşlığına xüsusi diqqət yetirib. Müsabiqəyə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil, səhiyyə, hərbi, sənaye əhəmiyyətli tikililər, idman və su qurğuları, eləcə də digər obyektlər təqdim olunub. Münsiflər heyəti tərəfindən layihələri həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi, tikililərin yerli ictimaiyyət və ya tikinti sənayesi üçün əhəmiyyəti də nəzərə alınıb.

Xatırladaq ki, ötənilki sammitdə Bakı Olimpiya Stadionu “Ən yaxşı idman layihəsi” nominasiyasının qalibi olub. Builki qaliblər haqqında məlumat jurnalın 2016-cı il sentyabr sayında dərc edilib.

SOCAR-ın yeni inzibati binası - SOCAR Tower Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib. SOCAR Tower beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.

1news.az

Paylaş:
697

Son xəbərlər

Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53
Bütün xəbərlər