Məktəbəhazırlıq qruplarına maraq artır – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbəhazırlıq qruplarına maraq artır – VİDEO

20:42 - 19 / 10 / 2016
Məktəbəhazırlıq qruplarına maraq artır – VİDEO

Məktəbəhazırlıq qrupu adından da göründüyü kimi məktəbə hazırlığın ilkin mərhələsidir. İlk olaraq Bakıda pilot layihəsi kimi həyata keçirilən məktəbəhazırlıq qrupu bu ildən etibarən dövlət vəsaiti hesabına respublika üzrə təşkil olunur.

Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva bildirib ki, məktəbəhazırlıq qrupları adətən məktəbəqədər təhsil müəssisələrində təşkil olunmaqla 5 yaşında olan uşaqları əhatə edir:

“Lakin hazırda 5 yaşlı uşaqları bütünlüklə məktəbəqədər təhsil müəssisələrinə cəlb etmək mümkün deyil. Çünki bu cür müəssisələrin sayı azdır. Ona görə iki il bundan əvvəl pilot layihəsi çərçivəsində ilk olaraq Bakıdakı ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları təşkil olundu”.

Nəzərinizə çatdıraq ki, keçən iki il müddətində məktəbəhazırlıq qruplarına gələn uşaqların sayı xeyli artıb. Belə ki, ötən il ölkə üzrə 4442 uşaq məktəbəqədər hazırlıq qruplarından bəhrələnib.

N.Alnağıyevanın sözlərinə görə, məktəbəhazırlıq qruplarına gələn uşaqlar həftədə 4 gün məşğul olacaqlar. Hər bir məşğəıə 30 dəqiqə olmaqla gün ərzində 3 məşğələ nəzərdə tutulub. Məşğələlər arasında isə 10 dəqiqə fasilə olacaq.

Uşaqlar hazırlıq kurslarında ətraf mühitlə tanış olmaqla yanaşı, məntiqi və riyazi təfəkkürün inkişafı üçün tapşırıqlar yerinə yetirəcək, hərflərlə tanış olacaqlar. Bundan başqa uşaqlarla təsviri fəaliyyət, fiziki mədəniyyət, bədii təfəkkürün inkişafı istiqamətində də iş aparılacaq. Xüsusi diqqət yetirilən istiqamətlərdən biri nitq mədəniyyətinin inkişafı ilə bağlı olacaq.

Qeyd edək ki, məktəbəhazırlıq qrupları valideynlərə bir sıra üstünlüklər verəcək:

- Kurslar dövlət vəsaiti hesabına keçirildiyindən valideynlər büdcələrinə qənaət etmiş olacaqlar.

- Uşaqlar məktəbəhazırlıq kursunu bitiridikdən sonra orta məktəbdə yüksək psixoloji hazırlıqları ilə fərqlənirlər.

- Məktəb 5 yaşından hazırladığı uşaq haqda o hələ orta məktəbə getməzdən əvvəl məlumatlı olur.

Onu da bildirək ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında hədəf olaraq erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması götürülüb.

1news.az

 

Paylaş:
647

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər