Azərbaycanda yeni sürüşmə ocaqları qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yeni sürüşmə ocaqları qeydə alınıb

22:56 - 19 / 10 / 2016
Azərbaycanda yeni sürüşmə ocaqları qeydə alınıb

Sürüşmə, uçqun, və subasma ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan çoxsaylı müraciətlərlə əlaqədar Nazirliyin Geoloji Planalma Ekspedisiyası gücləndirilmiş iş rejiminə keçib.

1news.az-ın məlumatına görə, ETSN-nin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən Abşeron yarımadası və respublika ərazisində aparılan monitorinq və müşahidələr intensivləşdirilib. Mövcud olan sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilir.

Respublika ərazisindəki mövcud sürüşmə sahələrinin bəzilərində, o cümlədən Bakıda və Abşeron yarımadasında atmosfer yağıntılarının təsirindən nisbi aktivlik müşahidə edilib, bəzi yerlərdə isə yeni sürüşmə ocaqları qeydə alınıb.

Əhmədli və Masazır qəsəbələrində yağan yağışlar nəticəsində lokal sahədə uçqun prosesi baş verib. Əhmədli qəsəbəsində  uçquna məruz qalmış sahənin uzunluğu 25 metr, hündürlüyü isə 4 metrdir. Masazır qəsəbəsində uçquna məruz qalmış sahənin uzunluğu isə 35 metr, hündürlüyü 3 metrdir. Zığ sürüşmə sahəsində nisbi aktivləşmə olsa da, uçqun və dağıntı qeydə alınmayıb.

Sabunçu rayonunun Savalan qəsəbəsində, Daş karxanası yaşayış massivində və Şuşa şəhərciyində isə əraziyə düşən atmosfer yağıntıları nəticəsində qrunt sularının səviyyəsi qalxıb və subasma hadisəsi baş verib. Binəqədi rayonunun Məlikaslanov küçəsində də anoloji hal müşahidə edilib. Badamdar, Bayıl və Əhmədli qəsəbəsinin digər ərazilərində isə akivləşmə qeydə alınmayıb.

Respublika ərazisində aparılan monitorinqlər zamanı Qobustan rayonunun Poladlı kəndində sürüşmə prosesinin aktivləşməsi nəticəsində kəndə yeganə girişi olan avtomobil yolu bağlanıb. Yolun 20-22 metr hissəsi tamamilə sıradan çıxıb.

İsmayıllı rayonunun İstisu kəndi ərazisində isə yeni sürüşmə prosesi qeydə alınıb. Sürüşmə sahəsi təqribən 3 hektar ərazini əhatə edib. Sürüşmə sahəsinin eni 400-500 metr, uzunluğu 600-650 metr, sürüşmənin qırılma daşının hündürlüyü 4-6 metr arasında dəyişir. 

Respublikanın digər yerlərində də, o cümlədən cənub bölgəsində Lənkəran-Lerik avtomobil yolunun 17-19-cu kilometrliyində, həmin avtomobil yolunun 45-ci kilometrliyində, Astara Deqədi Pəlikeş avtomobil yolunun bir neçə kilometrliyində, Qobustan rayonunun Poladlı sürüşmə sahəsində, Quba rayonunun Güləzi sürüşmə sahəsində, Quba-Xınalıq yolunun 36-44 kilometrliyində, Quba-Qonaqkənd avtomobil yolunun bir neçə kilometrliyində, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci, 11-ci kilometrliyində, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, İsmayıllı rayonunun Xankəndi sürüşmə sahəsində, İsmayıllı rayonunun Basqal-Sulut avtomobil yolunun 9-cu kilometrliyində, Gədəbəy rayonunun Hacılar (Əyridərə), Tovuz rayonunun Qarağatlı, Cəlilabad rayonunun Sadatlı sürüşmə sahəsində ekzogen-geoloji proseslərin dinamikası üzərində monitorinq və müşahidələr davam etdirilir.

Qeyd edək ki, monitorinqlərin nəticələri barədə bülletenlər hazırlanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilir.

1news.az

Paylaş:
603

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər