Ronaldinyo Bakıya gəlib - FOTO | 1news.az | Xəbərlər
Futbol

Ronaldinyo Bakıya gəlib - FOTO

09:16 - 20 / 10 / 2016
Ronaldinyo Bakıya gəlib - FOTO

Məşhur braziliyalı futbol ulduzu Ronaldinyo Bakıya gəlib.

1news.az xəbər verir ki, bu barədə futbolçu özü rəsmi instaqram səhifəsindən məlumat verib.

Bakıdan şəkil paylaşan məşhur braziliyalı “Bakıdakı şounun ilk günü” yazıb.

Paytaxt sakinlərindən bəziləri də ulduz oyunçu ilə şəhərdəki otellərin birindən fotolarını yayımlayıblar.

Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə Braziliya yığmasının heyətində Koreya və Yaponiyada keçirilən dünya çempionatının qalibi olub. FİFA-nın versiyasına görə, 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.

1news.az

Paylaş:
795

Son xəbərlər

Bütün xəbərlər