“ADA” Universitetində “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ADA” Universitetində “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır – FOTO

09:28 - 20 / 10 / 2016
“ADA” Universitetində “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır – FOTO

“ADA” Universitetində BP-nin maliyyə dəstəyi ilə “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır.

Bu münasibətlə oktyabrın 19-da keçirilən açılış mərasimində “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev mərkəzin universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun təşəbbüsü ilə yaradıldığını bildirib, mərkəzin fəaliyyətinə uğurlar arzulayıb. Rektor qeyd edib ki, yeni yaradılan mərkəzdən “ADA” Universitetinin tələbələri ilə yanaşı, digər ali təhsil ocaqlarının tələbələri də faydalanacaq. İnanırıq ki, yeni mərkəz bu sahə üzrə yerli mütəxəssislərin və yerli analitiklərin yetişdirilməsi istiqamətində yeni yol açacaq. Həmçinin ən qabaqcıl proqram təminatı və aparat təminatı texnologiyalarında yeni sahələr üzrə yerli bilik və təcrübələrin inkişaf etdirilməsinə imkan yaradacaq.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda ilk dəfə həyata keçirilən layihənin başlanması münasibətilə iştirakçıları təbrik edib, bu mərkəzin təhsilin inkişafına töhfələr verəcəyini vurğulayıb. Nazir qeyd edib ki, “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi həm də ölkədə elm və tədqiqatlar üzrə yeni inkişaf sahəsinin başlanğıcını qoyacaq. Mərkəzdən faydalanan gənclər bu sahə üzrə qarşılaşacaqları maneələri asanlıqla dəf edə biləcəklər. Bu da onlara öz növbəsində, həm özəl sektorda, həm də dövlət sektorunda bir sıra sahələrdə və ixtisaslarda təhlil bacarıqlarının təkmilləşdirilməsinə yardım edəcək.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, BP və onun tərəfdaşları ölkədə yeni inkişaf sahəsinin yaradılmasına imkan verəcəyi gözlənilən bu layihəyə dəstək olmaqdan məmnunluq duyur. Bu layihə konkret olaraq ölkədə verilənlər üzrə ixtisaslaşmış mütəxəssislərin, verilənlər və informasiya üzrə mühəndislərin və irihəcmli verilənlərin təhlili üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə yönəlib. BP və tərəfdaşları üçün bu layihə, həmçinin Təhsil Nazirliyi ilə olan əməkdaşlığı genişləndirmək və Azərbaycanın aparıcı ali təhsil ocaqlarından biri olan “ADA” Universiteti ilə yeni tərəfdaşlıq qurmaq imkanı verir.

Bildirilib ki, layihənin icra müddəti 2016-cı il oktyabr ayından 2017-ci ilin dekabr ayınadək olan dövrü əhatə etməklə 15 ay təşkil edir. “ADA” Universiteti tərəfindən həyata keçiriləcək layihənin dəyəri 410 min dollardır.

Sonra Elmi Tədqiqat və Təlim Mərkəzinin yaradılmasına dair müqavilə imzalanıb. Müqaviləni “ADA” Universitetinin rektoru Hafiz Paşayev və BP-nin regional prezidenti Qordon Birrell imzalayıblar.

AZƏRTAC

Paylaş:
705

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər