Abdulbari Gözəl: “Qarabağ”a güvənirəm
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstan PAOK-nu 3:0 hesabıyla məğlub edib.
1news.az-ın məlumatına görə, klubun prezidenti Abdulbari Gözəl qarşılaşmadan sonra öz fikirlərini bildirib:
“Bu günlərdə Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olundu. Hər bir sahədə olduğu kimi, Azərbaycanda futbol da inkişaf edir. Çox şadam ki, 2:0 hesablı qələbə qazandıq.
“Qarabağ” böyük müvəffəqiyyət qazandı. Komandadan çox razıyam. Qələbədən dərhal sonra onları təbrik etdim. Rəqibi tanıdıq artıq. İnanıram ki, səfərdə də yaxşı olacaq. “Qarabağ” özünə güvənir. Komandanın öz oyun tərzi var.
İndidən qrupdan çıxmaq haqda dəqiq nəsə deyə bilmərəm. “Qarabağ”a güvənirəm. Oyunun gedişində ayağa qalxırdım. Həm qol vurarkən, həm təhlükəli epizodlar yaşanarkən. İkinci qoldan sonra qələbəyə əmin oldum”.
1news.az