Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu

16:19 - 21 / 10 / 2016
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu

Çempionlar Liqasında qrup mərhələsinin III turunun ən yaxşı futbolçusu müəyyənləşib.

1news.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, həftənin ən yaxşısı adına “Barselona”nın ulduz futbolçusu Lionel Messi layiq görülüb.

“Mançester Siti” ilə oyunda (4:0) 3 qol vuran və 1 məhsuldar ötürmə verən argentinalı hücumçu azarkeşlərin 38 faiz səsini toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Səsvermədə ikinci yeri tutan Riyad Mahrez 20%, üçüncü pillənin sahibi Pyerr-Emerik Obameyanq isə 15% səs toplayıb.

1news.az

Paylaş:
718

Son xəbərlər

Bütün xəbərlər