Vergi Məcəlləsində dəyişikliklə bağlı sərəncam imzalandı
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununun qüvvəyə minməsi ilə əlaqədar qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
1news.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncam əsasən Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.
Bundan başqa, Nazirlər Kabineti normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verməli, bu qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Sərəncamda qeyd edilib ki, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
1news.az